Martın 4-də Azərbaycan Teatr Xadimləri İttifaqında fəaliyyət göstərən yaradıcılıq laboratoriyalarının “BAXIŞ - 5” festivalının açılış mərasimi olub.
SİA xəbər verir ki, tədbirdə çıxış edən İttifaqın sədr müavini, Əməkdar artist Azad Şükürov festivalın əhəmiyyətindən danışıb. O bildirib ki, dörd gün davam edəcək festival çərçivəsində laboratoriyalarda hazırlanmış tamaşalar teatrsevərlərə təqdim olunacaq.
Daha sonra festivalın ilk tamaşası – Aleksandr Puşkinin “Motsart və Salyeri” əsəri nümayiş olunub. Səhnə əsərinin quruluşçu rejissoru Anar Atakişiyevdir. Əsas rolları Əli Nurzadə və Məhəmməd Gülmalıyev canlandırıblar.