Ramazan ayında NƏLƏRƏ DİQQƏT EDİLMƏLİDİR?

4 Mart 2025 19:39 (UTC+04:00)

11 ayın sultanı olan Ramazan ayına artıq qədəm qoymuşuq. Bu gün Ramazanın üçüncü günüdür. Bu ayda bir çox insan oruc tutur, ibadət edir, yoxsullara kömək edirlər. Bəs gəlin görək Ramazan ayının digər spesfik xüsusiyyətləri hansılardır və biz nələrə diqqət etməliyik.

SİA olaraq məsələ ilə bağlı araşdırma apardıq.

Milli Məclisin deputatı Ceyhun Məmmədov: “Bir neçə gündür ölkəmizdə Ramazan orucu tutulur. Bu Azərbaycan bir ənənə halını alıb. Ramazan ayında oruc tutmaq İslam dinində vacib əməllərdən biridir. Sağlamlığı və səhhəti yerində olan hər bir kəs bu ayda oruc tutmalıdır. Həmçinin Ramazan xeyir, bərəkət ayıdır. Oruc tutmaqla yanaşı insanlar çalışmalıdırlar ki, kimsəsiz və imkansız insanlara dəstək olsunlar. Həmçinin bu ay nəfsin tərbiyəsi ayıdır. Bu ayda hər bir şəxsin ruhu saflaşır və paklaşır. Ramazan bizə səbrli olmağı eyni zamanda insanlarla münasibətdə təmkinli olmağı öyrədir. Ramazanda biz ac qalmağla imkanı yaxşı olmayan insanlarında hisslərini yaxşı başa düşürük. Bütün bunlarla yanaşı Ramazan cəmiyyətdə birliyi və həmrəyliyi qorumaqdır. Hər kəs çalışmalıdır ki, bu ayı onun ruhuna uyğun şəkildə davransın. Bu gün biz bütün bunlara ölkəmizdə şahid oluruq. Bir müddətdən sonra Ramazan bayramı gələcək və bunda cənab Prezident İlham Əliyevin xalqa müraciət etdiyini görürük”.

Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Fuad Nurullayev: “Allahın qüdrətinə şükürlər olsun ki, bu ildə bizə Ramazan ayını görmək nəsib oldu. Bu ildə Ramazan ayının orucunu tutur və ibadət edirik. Orucluq özüdə Allahın əmr etdiyi ibadətlərin ikinci pilləsində durur. Gözəl hədisimizdə də buyurur ki, oruc tutun ki, gözəl, pak, təmiz bəndələrdən olun. İnsan oruc tutduğu ayda səhvlərini yaddaş edir və təkrar eləmir. Nə qədər ki, öz ruhiyyətində hansı xətaları edibsə bundan örnək götürür. Ramazan bayramında isə maddi imkanların varsa fikrə zəkatı çıxarmalı hər adam başına daha çox yeyilən ərzaqın pulunu yoxsul insanlara verməlidirlər. Xəstə insanlar, qocalar, hamilə qadınlar oruc tutmaya bilərlər. Oruc tutduğunuz zaman diş çəkdirməyiniz zəruridirsə bunu gərçəkləşdirə bilərsiniz. Lakin dişdən gələn maye qanı udmamaq şərti ilə. Ətirdən istifadə də orucu pozmaz. Oruclu halda göz və ya burun damcısından istifadə etmək olar. Qadınların lakdan və ya makiyajdan istifadəsi, gözünə kiprik əlavə etməsi orucu batıl etməz. Bundan əlavə insanlar duş qəbul edə bilərlər.

Şəhər sakini Samir Əliyev: “Biz çox gözəl aydır. Çox böyük fəxrlə orucumuzu tutur, ibadətimizi edirik. Şükürlər olsun ki, bu bizə nəsib oldu. Özümdə hazırda orucam”.

Şəhər sakini Emil Qasımov: “Ramazan ayı hər birimiz üçün çox önəmlidir. Bu ayda küsülülər barışmalı, qiybət olunmamalı, hər kəslə mehriban davranılmalıdır”.

Şəhər sakini Orxan Quliyev: “Hər kəsi müqəddəs ay münasibəti ilə təbrik edirəm. Özümdə oruc tuturam. Hər kəsə imanlı olmağı arzu edirəm. Əməlləri düzgün olsun”.

Şəhər sakini Aydın Muradov: “Hər kəsi Ramazan ayı münasibəti ilə təbrik edirəm. Bu ayda gözəl əməllər edilməli, yaxşı sözlər danışmalıdır. Hər kəs oruc tutaraq öz günahlarını bağışlanmasına səbəb olmalıdır”.