Krımda qəfildən bahalı rus radarı alovlanıb

4 Mart 2025 18:45 (UTC+04:00)

Krımda, Saki şəhərində günorta saatlarında Rusiyanın S-300/S-400 zenit-raket kompleksinin bir hissəsi olan 96L6E radiolokasiya stansiyası yanıb.

SİA-nın məlumatına görə, “Krımskiy veter” Telegram kanalı xəbər verir ki, Yevpatoriya şossesində yanğın baş verib. Kanalın müəllifləri bu hadisəni ironik şəkildə “atəş şousu” adlandırıblar.

...Baş verənlər hələ də məlum deyil, amma ümid edirik ki, o, yanıb kül olacaq.

Bunu bloqqerlər videonu onlayn paylaşaraq əlavə ediblər. Qeyd edilməlidir ki, 96L6E RLS çoxfunksiyalı detektordur, dəyəri on milyonlarla ABŞ dolları təşkil edir.

Əli Babayev