Ən önəmlisi infrastruktur layihələrinin həyata keçirilməsidir - Millət vəkili danışdı

4 Mart 2025 16:20 (UTC+04:00)

"“Böyük Qayıdış”la bağlı dövlətimiz tərəfindən önəmli işlər görülür. Artıq minlərlə sakin həm daimi yaşayış yerlərinə qayıtmış, həm də orada infrastruktur layihələri şəhərlərin, kəndlərin, qəsəbələrin yenidən qurulması davam edir". Bunu SİA-ya millət vəkili Musa Quliyev deyib.

O bildirib ki, torpaqlarımızı işğaldan azad etdikdən dərhal sonra, əsas infrastruktur obyektlərinə üstünlük verildi: "Çünki yollar, kommunikasiya xəttləri Ermənistan tərəfindən darmadağın edilmişdi. Yeni yolların, tunellərin, körpülərin çəkilməsi, hava limanının inşa edilməsi mühüm əhəmiyyət kəsb edir. 30 il ərzində dağıdılmış Azərbaycan ərazilərini yenidən özümüzə, inteqrasiya etmək baxımından önəmli idi. “Böyük Qayıdış” bu işlərlə bağlı aparılır və mərhələli şəkildə həyata keçirilir. Azərbaycanın şəhər və qəsəbələri işğaldan azad edildikdən sonra, “Böyük Qayıdış” baş tutmuşdur. Xankəndi şəhərində, Şuşa, Xocalı, Zəngilanda görülən işlər onu deməyə əsas verir ki, görülən işlər təqdirəlayiqdir. Qısa zamanda böyük işlərin həyata keçirmək dünya təcrübəsində olmayan haldır. Xatırladım ki, II Dünya Müharibəsindən sonra yerlə-yeksan olmuş Avropanın yenidən qurulmasına yüz milyardlarla dollar vəsait xərcləndi və buna onilliklər sərf olundu. Biz isə qısa zaman kəsiyində yalnız öz gücümüz hesabına bu layihələri həyata keçiririk. Bu gün “erməni separatizminin, terrorunun” yuvası sayılan Xankəndi şəhərində aparılan işlər göz qabağındadır. Xankəndidə “Qarbağ universiteti”nin yenidən fəaliyyətə başlaması, humanitar, siyasi, idman tədbirlərinin keçirilməsi, “Mədəniyyət paxtı” olan Şuşada müztəlif beynəlxalq tədbirlərinin keçirilməsi Azərbaycanın diplomatik nəbzinin artdığını göstərir. “Böyük Qayıdış” proqramı hesabına insanların rifah halının yüksək səviyyədə yaşaması üçün görülən işlərdir. Hesab edirəm ki, yaxın illərdə, təxminən 2030-cu ildə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələri bərpa edilmiş, insanların geri döndüyü bölgələrə çevriləcək və turizm, iqtisadi potensiallar yavaş-yavaş reallaşacaq".