Bakıda evdə meyit tapılıb

4 Mart 2025 16:08 (UTC+04:00)

Bakıda evdə meyit tapılıb. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-in"112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.