"Beynəlxalq yarışların ölkəmizin turizminin inkişafında rolu əvəzsizdir. Belə yarışlar nəinki turizmin inkişafında, digər sahələrin də inkişafına birbaşa olmasa da, dolayı yol ilə özünün müsbət təsirini göstərir". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib.
Onun sözlərinə görə, turizmdə iqtisadiyyatın qollarından biridir, istiqamətlərindən biridir. "Əgər bir ölkədə turizm kənd təsərrüfatı və istehsal etmə gücü artırsa, həmin ölkənin iqtisadiyyatı inanılmaz dərəcə də inkişaf edir. Və turizm də tükənməz sərvət olduğuna görə bunun inkişafı və bizdə olan resurslar imkan verir ki, ölkəmizi yüksək səviyyədə dünyada təbliğ edək. İlk öncə yarışların kateqoriyaları da ayrı olduğuna görə biz müxtəlif istiqaməti profilli azərkeşlərin və festival, yarış sevərləri ölkəmizə cəlb etmiş oluruq. Bu da eyni hədəf kütləsinin deyil, müxtəlif insanların cəlb olunmasına səbəb olur ki, ölkəmizi daha çox tanınmasına səbəb olur. Bundan əlavə təkcə tanınmaq şərt deyil, tanınmaq və həmin adı qorumaq, keyfiyyətli xidmət göstərmək də əsas şərtlərdən biridir. Və təsadüfi deyilki 2012-ci ilin Evroviziya yarışından sonra islam oyunları, formula 1 yarışları neçə ildir ardıcıl olaraq keçirilir və digər yarışların, dünya çempionatlarının, Avropa çempionatlarının Azərbaycanda olması güləş üzrə, cüdo üzrə və bir sıra məşhur müğənnilərin Azərbaycana gəlməsi, regionlarda hətta festivalların qeyd olunması bunun hamsı nəinki Bakının mərkəzi olaraq, həm də regionların sosial-iqtisadi inkişafına təsir edəcək. Gələn turistlər əsas Bakıya gəlməyinə baxmayaraq bununla yanaşı həm də digər istiqamətlərdə xüsusi ilə də Şimal və Şimal-qərb marşrutu üzrə çox rayonlara səfər edirlər. Və bu gedilən rayonlarda təbii ki, otellər, kənd evləri, restoranlar onlar istifadə edirlər. Təbii ki, ödəniş edirlər bu da avtomatik olaraq ölkə iqtisadiyyatına yüksək səviyyədə iqtisadi artıma və inkişafına səbəb olur".