Azərbaycan Basketbol Liqasının XVI turunda "Sumqayıt" "Lənkəran"a qalib gəlib

4 Mart 2025 15:57 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasının XVI turunda "Sumqayıt" "Lənkəran"a qalib gəlib. SİA xəbər verir ki, B qrupunun oyunu Lənkəran Olimpiya İdman Kompleksində keçirilib.

Qarşılaşma qonaq komandanın 88:83 hesablı qələbəsi ilə başa çatıb.

Günün son matçı A qrupunda “Abeşron”la NTD arasında baş tutacaq. Abşeron Olimpiya Kompleksində keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Neftçi" "Naxçıvan"ı 114:70, "Sabah" isə "Sərhədçi"ni 89:73 hesabı ilə məğlub edib.