"Məni tək qoyub, uzaqlaşdılar" - RAFAEL AĞAYEV AÇIQLADI - EKSKLÜZİV

4 Mart 2025 14:51 (UTC+04:00)

Azərbaycan millisinin sabiq karateçisi, 5 qat dünya, 11 qat Avropa çempionu Rafael Ağayevin SİA-ya müsahibəsini təqdim edirik:

- Bu gün 40 yaşınız tamam olur. Geriyə baxdığınız zaman nə düşünürsünüz?

- Geridə qalan hər şeyi düşünürəm. 40 ildə hər bir anı xatırlamağa çalışıram. Sözsüz ki, Allahıma təşəkkür edirəm ki, mənə bu gözəl həyatı bəxş edib.

- Hansı xatirələriniz var ki, bu günə kimi unutmursuz?

Onu deməklə nə də yazmaqla bitməz. Bir şeyi unutmaq yox daha doğrusu zamanla anladım ki, idmanda və karatedə yaxın olduqlarım məni tək qoydu. Həmçinin mənə inanmadılar. Burdan onların səslənirəm ki, hər çey çox gözəl olacaq. Necə ki, indi məsafə saxlayırsınız bundan sonrada məsafə saxlayaq. Çünki həyatda nəyin nə vaxt olacağı bəlli deyil. Hamıya uğurlar arzulayıram.

- Yenidən dünyaya gəlsəz yenə də ömrünüzü idmana sərf edərdinizmi?

- Əlbəttə elə bir şey mümkün olsaydı yenə də ömrümü idmana sərf edərdim. Amma bu dəfə futbolçu olmağı seçərdim.

- Montenoqrada master-klass keçəcəyinizlə bağlı məlumatlar yayılmışdı. Nə zaman gedəcəksiniz?

- Hələ yollanmamışam. Bütün dünyanın ayrı-ayrı yerlərində karate üzrə seminarlar keçirəm. Bu da o deməkdir ki, dünya məni sevir, mən də xalqımı.

- 40 yaşında gərçəkləşdirmək istədiyiniz planlarınız var?

- Planlarım var, işlər var. Əsas üzərimdə çalışıram. Tez bir zamanda ümid edirəm ki, bunun bəhrəsini görəcəyik. Mən ürəyi yumuşaq adamam amma bu dəfə o ürəyi yumuşaqlığımdan istifadə edə bilməyəcəklər.