AFFA Region Liqasında püşkatma

4 Mart 2025 14:34 (UTC+04:00)

Bu gün AFFA Region Liqasının yeni mövsümünün püşkatması keçirilib. SİA xəbər verir ki, tədbirdə AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov ümumi püşk atma haqqında məlumat verib. O qeyd edib ki, bu il 54 komanda ilə çempionata start veriləcək. Komandalar zonalara bölünərək oyunlar keçiriləcək.

Paytaxt -Şimal zonasının püşk atmada iştirakı ilə A qrupundan "ŞKGB" - "Şirvanovka FK " Gənclər PFM"- "Lokomotiv Baku" , "Ramana FK"-"ADİTEL PFK" , "Rekord Club"-"İnşaatçı PİK" komandaları qarşı-qarşıya gələcək.

B qrupundan "Cəngi Fk"-"City Baku FK", "Xanlıq"-"Əmirli FK", "Çinar Zəngilan FK" -"Dirçəliş FK" komandaları qarşı-qarşıya gələcək. "Balaxanı FK" komandası isə oyundan buraxılacaq.

C qrupundan "Mübariz FA"-"Xudat City FA", "Bayıl Rovers"-"Qaradağ Şıxlar FK", " İCBFA"-"Gənclik İK" komandaları qarşı-qarşıya gələcək. "Topçular" komandası isə oyundan buraxılacaq.