Azərbaycan və Qazaxıstan universitetləri 40-dan çox memorandum imzalayıb

4 Mart 2025 13:33 (UTC+04:00)

Azərbaycan və Qazaxıstan universitetləri əməkdaşlıq haqqında memorandumlar imzalayıblar. SİA xəbər verir ki, 40-dan çox memorandumun imzalanmasında 17 Qazaxıstan və eyni sayda Azərbaycan universiteti iştirak edib.

Qeyd edək ki, sənədlər Azərbaycan və Qazaxıstan arasında ali təhsil sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.