"5 Mart BədənTərbiyəsi və İdman günü münasibəti ilə bütün idman sevərləri tərbik edirəm". Bunu SİA-ya açıqlamasında Azərbaycna millisinin cüdoçusu Turan Bayramov (60 kq) deyib.
O bildirib ki, idmançı olduğu üçün fəxr edir: "Təbii ki, idman sahəsində çalışdığım üçün çox şanslıyam. Bundan böyük bir peşə ola bilməz. Öz işimlə qürur duyuram. Cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsində biz idmanı bu qədər sevirik. Hər dəfə idmançılar nəticə qazananda onları təbrik etməsi və bunun üçün hər bir şərait yaratması bizə böyük motivasiya verir. Bu etimadın qarşılığında hər zaman biz idmançılarda yüksək nəticə qazanmaq üçün əlimizdən gələni edib, yüksək nəticələr üçün çalışmalıyıq".