Hansı hədiyyələr qadınları xoşbəxt edir? - MÜTƏXƏSSİS DANIŞDI

4 Mart 2025 12:35 (UTC+04:00)

“Qadınlar tarix boyunca cəmiyyətimizin ayrılmaz bir hissəsidir. Həm ev işlərində, həm peşəkar həyatda rolları mühim olubdur”. Bu sözləri SİA-ya açıqlamasında Şüuraltı üzrə mütəxəssis, şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil deyib.

Onun sözlərinə görə, 8 Mart qadınların müxtəlif sahələrdə uğurlarını qeyd etməyin yanında həm də cəmiyyətin inkişafındakı göstərdikləri təsiri vurğulamaq üçün çox gözəl fürsəttir: “8 mart qadınların həyatındakı rolunu və onların göstərdikləri zəhmətlərini, onların nə qədər cəmiyyətin nəfəsi rolunu oynadıqlarını göstərən bayramlardan biridir ki, qadınların həqiqətən nə qədər dəyərli olması önə çıxır. Qadınların dəyərini anlamaq və onları xüsusi hiss etdirmək düşünürəm ki həmin o cəmiyyətdə gələcəkdə də qadınların cəmiyyətə töhvə qatmaq istəklərini gücləndirəcək və əlbəttə ki onlara böyük bir sitimul olacaq.

Həmişə qadınlara böyük bir diqqət və hörmət olunmalıdır. Çünki qadınlar cəmiyyətin fundamentidir. Əvvəllər qadınlar ailədə belə idi. İndi isə artıq bu bütün cəmiyyətdə belədir. Həm ictimai həyatda həm də şəxsi həyatda qadınlar rolu danılmaz olmuşdur və bu getdikcə də gücləndirilir. Ancaq bu baxımdan qadınlara hansı hədiyyələr verilməlidir ki, qadınlar xoşbəxt olsun. Biz onların o qız qəlblərini unutmamalıyıq və ona görə də o qəlbə müsbət mənada toxunmalıyıq.

Qadınları xoşbəxt edəcək amillər bir neçə dənədir. Ümumiyyətlə, qadınlar öz emosiya və hisslərini düzgün çatdırmağı bacarırlar . Yəni empatiya qurmaq qadının birinci xüsusiyyətidir. Biz qadınların daxili təbiətini bilib, onları nə xoşbəxt edər bunu bilməliyik. Əlbəttə ki hər qadının başqa bir xasiyyəti var. Ancaq hər birimizi xoşbəxt edəcək bəzi xüzusiyyətlər var ki, biz onlardan danışmaq istəyərdik. Mütləq şəkildə hər bir xanım özünə hərmət və özünə dəyər xüsusiyyətlərinə dəyər verir. Bəzən bu hər hansı bahalı bir hədiyyədən belə daha önəmlidir. Hər bir xanım istəyər ki, ailə və yaxınları ona hörmət etsin, dəyər versin. Hər bir qadın istər ailəsi olsun, istərsə də dostları olsun onun verdiyi dəyəri qiymətləndirsinlər istəyər.

Əlbəttə ki xanımlarımız sevgi aşiqidirlər. Yəni bu xanımın ana bətnində gələn əsas xüsusiyyətidir. Çünki o gələcəyin anasıdır gələcəyin cəmiyyətin qurucularından biridir. Qadın üçün önəmli olan faktorlardan biri də sevgi və sürprizlərdir. Xanımlar üçün xüsusi sürprizlər onları çox gözəl maraqlandıra bilər. Sürprizlərin ilk ana xəttidə sevgi olmalıdır. Çünki sevgi olanda hər şey daha gözəl görünməyə başlayır.

Xanımlara hansı hədiyyələr versək, çox önəmli olar? Tədqiqat aparılmışdı, xaricdə çox saylı hədiyyələr bəxş olunmuşdu. Xanımlara sorğu verilmişdi ki, ən çox hansı hədiyyələri sevirsiz? 60% xanım eyni sözü vurğulamışdı “harada çiçək yoxdursa o yer biraz solğundur”. Ona görə hər bir xanımın dəyər verdiyi hədiyyələrdən biri də çiçəkdir. Çünki xanımlar çiçəkləri çox sevir. Çiçəklər də xüsusi enerji mübadiləsi olduğuna görə hətta 60% xanımlar “çiçək olmasa hədiyyə natamamdır” deyə qeyd etmişdilər. Xanımlara hər hansı bir hədiyyə verildikdə çiçəklərin olmasına diqqət yetirməliyik. Bu xanımların nə qədər gözəl qəlblərinin olduğunu onlara göstərir.

Çox gözəl hədiyyələrdən biri də baxım məhsulları, dəriyə qulluq, makiyaj, parfumeriyadır. Bunlar qadınların ən çox istifadə etdiyi əşyalardır. Mütləq şəkildə ətirlər bağışlayanda xanımların zövqünə diqqət yetirilməlidir. Krem, üz maskası, parfüm xanımlar üçün çox gözəl hədiyyə ola bilər. Qolbaq, sırğa, üzük saat kimi əşyalar, müasir geyimlər və aksesuarlar mövcuddur ki, çox gözəl hədiyyə ola bilər. Xanımlarımız gözəllik və sevgi aşiqi olduqları qədər də çox intellektual və ağıllıdırlar. Ona görə xanımlarımız üçün kitab, təlim hədiyyəsi onlar üçün çox gözəl hədiyyələrdən biri ola bilər. Bədii ədəbiyyat, fəlsəfə, motivasiya kitabları da bu hədiyyə çərçivəsində ola bilər.

Daha sonra duyğusal hədiyyələrdən danışa bilərik ki, çox xanımlarımız duyğusal hədiyyələri qiymətləndirir. Albom, rəsm şəkilləri, romantik məktub qadına verdiyi dəyəri və sizin üçün nə qədər əhəmiyyətini olduğunu göstərəcək.

21- ci əsrdəyiksə texnologiyaları unutmamalıyıq. Texnologiya ilə maraqlanan xanımlar üçün isə telefon, planşet, qulaqcıq kimi cihazları hədiyyə edə bilərik. Bu cür hədiyyələr dəyərlidir. Əlbəttə ki xanımlara nə hədiyyə ediriksə edək mütləq onlara qarşı sevgi, dəyər, hörmət olmalıdır. 8 Mart deyil, bütün günlərdə həyatlarının 90 %- ni bizə həsr edən xanımlarımızın dəyərini bilməli, onlara qayğı və diqqətlə yanaşmalıyıq”.

Ayşən Vəli