Azərbaycan millisi Haiti yığması ilə yoldaşlıq oyunu keçirəcək

4 Mart 2025 12:11 (UTC+04:00)

Azərbaycan millisinin yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda Haiti ilə üz-üzə gələcək.

Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

Matçın başlama saatı hələlik bəlli deyil.

Qeyd edək ki, millimiz martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan ilə yoldaşlıq görüşü keçirəcək.