"Vəzifəsi sülh və təhlükəsizliyi təmin etmək olan beynəlxalq təşkilatların qarşıdurmaları qızışdırmağa, gərginliyi artırmağa töhfə verdiyi bir vəziyyət yaranıb". SİA xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Stratcom Public Forum” çərçivəsində təşkil edilən “Daha Ədalətli Bir Dünya Mümkündür” adlı panel toplantısında danışıb.
O qeyd edib ki, mövcud beynəlxalq sistem sülhü təmin edə bilmir: “Bu sistemin təkmilləşməsi, dəyişməsi üçün addımlar atılmalıdır. Qlobal sülhü, təhlükəsizliyi təşkil etmək üçün uyğun təşkilatlar var. Onların vəzifə öhdəliyi müharibəni dayandırmaq, sülhü təmin etməkdir.
Ancaq gəldiyimiz nöqtədə vəzifəsi bu olan qurumların qarşıdurmaları daha da qızışdırdığını, gərginliyin artmasına töhfə verdiyini görürük”.