“Günümüzdə stressə daha çox məruz qaldığımız üçün ilkin olaraq qidalanmamıza diqqət etməliyik. Önəmli mövzulardan biri də qidalara əlavə etdiyimiz ədviyyatlardır ki, onların da hər birinin öz növbəsində xeyirli və zərərli tərəfləri mövcuddur. Qidalara qatdığımız ədviyyatlar daha çox stressi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır və bədənə enerji verir”. Bu sözləri SİA-ya açıqlamasında infeksionist, ailə həkimi Fidan Həsənli deyib.
Onun sözlərinə görə, hər ədviyyatın faydaları hər bir şəxsin öz sağlamlıq vəziyyətinə görə dəyişir. “Onların da balanslı şəkildə istifadəsi məqsədəuyğundur. İltihab əleyhinə olan ədviyyatlardan zəncəfil. Zəncəfilin həm də ağrıkəsici effekti də mövcuddur. Eyni zamanda həzm sistemini yaxşılaşdırır, mədədə olan narahatçılığın, yəni ürəkbulanma kimi şikayətlərin qarşısını alır. İmmun sistemini gücləndirir. Nanə də, araşdırmalara görə həzm sisteminə müsbət təsirlər göstərir. Qəbizliyi aradan qaldırır və mədədə olan narahatlıq hissinin də qarşısını almış olur. Təsir mexanizminə əsasən sakitləşdirir, stressə davamlılığı artırır. Darçın, qan şəkərini qanda tənzimləməkdə köməklik göstərir. Antioksidant təsirə malikdir. Ürək-damar fəaliyyətinə də müsbət təsirləri vardır. Sarımsağın, antibakterial və antiviral (bakteriya və virus əleyhinə) təsirləri mövcuddur. Qanda xolesterin miqdarını tənzimləyir və ürək-damar xəstəliklərinin riskini azaldır. Kurkuma, iltihab əyehinə təsirə malikdir, immun sistemini qüvvətləndirir, beyinə faydası vardır və eyni zamanda xərçəngin qarşısını almaqda da rolu vardır. Çili bibəri bədənə antikosidant təsir göstərir. Maddələr mübadəiləsini yaxşılaşdırmaqla insanın immun sistemini qüvvətləndirir”.