Bu gün daha dörd komanda meydana çıxacaq

4 Mart 2025 09:47 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasının XVI turunda bu gün daha dörd komanda meydana çıxacaq. SİA xəbər verir ki, B qrupunda “Lənkəran” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.

Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək görüşün start fiti saat 14:00-da səsləndiriləcək. “Sumqayıt” qrupda 20 xalla dördüncü, “Lənkəran” isə 18 xalla sonuncu - altıncıdır.

Günün son matçı A qrupunda “Abeşron”la NTD arasında baş tutacaq. Abşeron Olimpiya Kompleksində keçiriləcək görüş saat 19:00-da başlayacaq. “Abşeron” 21 xalla beşinci pillədə qərarlaşıb. Altıncı olan NTD-nin isə 19 xalı var.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Neftçi" "Naxçıvan"ı 114:70, "Sabah" isə "Sərhədçi"ni 89:73 hesabı ilə məğlub edib.