Nyu-York birjasında təbii qaz ucuzlaşıb

4 Mart 2025 09:30 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, apreldə çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,2% azalaraq 4,114 ABŞ dolları təşkil edib.