Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

4 Mart 2025 09:10 (UTC+04:00)

Futbol üzrə Misli Premyer Liqasında bu gün XXV turun daha iki oyunu keçiriləcək. SİA-nın məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.

Qarşılaşma saat 17:30-da start götürəcək. Meydan sahibləri 42 xalla 4-cü, qonaqlar 45 xalla ikinci pillədə qərarlaşıb.

İkinci görüşdə isə "Sabah" və "Araz-Naxçıvan" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Oyun saat 19:30-da başlayacaq. Bakı klubu 33 xalla 5-ci, Naxçıvan təmsilçisi 45 xalla üçüncüdür.

Misli Premyer Liqası
III dövrə, XXV tur

4 mart

17:30. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu

19:30. “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
VAR: Tural Qurbanov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Bank Respublika Arena”

Qeyd edək ki, ötən gün "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" isə "Sumqayıt"ı 2:0 hesabı ilə üstələyib. Tura martın 5-də keçiriləcək "Kəpəz" - "Neftçi" matçı ilə yekun vurulacaq.