31 yaşlı sərnişin yol-nəqliyyat hadisəsində xəsarət alıb

4 Mart 2025 09:05 (UTC+04:00)

Bakının Nizami rayonunda 31 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. SİA xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1994-cü il təvəllüdlü Quliyev Vasif Asif oğlu xəsarət alıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.