Xəstəxanada müalicəsi davam edən Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk dünən iki dəfə kəskin tənəffüs çatışmazlığından əziyyət çəkib. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Klinik mənzərə mürəkkəb olduğundan həkimlər xəstəliyin gedişatına ehtiyatlı yanaşırlar.
Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.