Rusiyalı blogerə hökm oxundu

4 Mart 2025 07:45 (UTC+04:00)

Məşhur rusiyalı blgger Yelena Blinovskayaya hökm oxunub. SİA xəbər verir ki, bloger 5 il müddətinə azadlıqdan məhrum edilib. O, 918 milyon rubldan çox məbləği vergidən yayındırmaqda, çirkli pulların yuyulmasında və qanunsuz dövriyyəsində ittiham olunurdu. Qərarın səslənməsindən sonra bloger göz yaşlarını saxlaya ilməyib.