Boliviyada 31 nəfər həlak olub

4 Mart 2025 07:21 (UTC+04:00)

Boliviyanın cənubunda avtobus və yük maşınının toqquşması nəticəsində azı 31 nəfər ölüb, 22 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Polis hadisənin başvermə şəraitini araşdırır.

Avtomobillər magistral yolda toqquşub. Zərbə nəticəsində avtobus yoldan çıxaraq 800 metr dərinlikdəki dərəyə aşıb. Avtobus hazırda ölkənin ən məşhur karnavalının keçirildiyi Oruro şəhərindən Potosiyə gedirdi.

Bu, son günlər Boliviyada baş verən ikinci böyük yol qəzasıdır. Martın 1-də Uyuni şəhəri yaxınlığında iki avtobusun toqquşması nəticəsində 37 nəfər həlak olub.