ABŞ Ukraynaya bütün hərbi yardımları dayandırıb

4 Mart 2025 06:54 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzalayıb. SİA-nın məlumatına görə, bu barədə Ağ ev məlumat yayıb.

“Prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”, - deyə Ağ ev rəsmisi bildirib.