NBA-dan çıxış etmiş Mayers Leonard peşəkar basketbolu tərk etdiyini açıqlayıb. SİA xəbər verir ki, 33 yaşlı basketbolçu bu qərarını sosial şəbəkədə açıqlayıb.
“Miluoki Baks”dakı mövsümdən sonra bilirdim ki, daha basketbol oynaya bilməyəcəm. Bu, verməli olduğum ən çətin qərar idi, çünki bədənim bunu mənim üçün etdi.
Əvvəlcə heç nə demək fikrində deyildim. Düşünürdüm ki, vaxt keçəndə insanlar bunu özləri anlayacaqlar. Amma başa düşdüm ki, bədənim mənə bunu bitirməyimi söyləsə də, ürəyim hazır deyil.
NBA-dan ayrılmaq mənə ən böyük nemət verdi – heç vaxt sahib olmadığım ata olmaq, hər gecə sevimli həyat yoldaşımın yanında yatmaq və həyatımdakı ən vacib insanlarla vaxt keçirmək imkanı verdi”, – deyə Leonard yazıb.
Leonard liqada 10 mövsümünün 8 keçirdiyi “Portland Treyl Bleyzers” tərəfindən 2012-ci ildə seçilib.
Ancaq karyerasında ən səs-küylü hadisə basketbolla bağlı deyildi. 2021-ci ilin mart 9-da “Mayami Hit”, “Twitch” yayımı zamanı antisemit ifadələr işlətdikdən sonra Leonard fəaliyyətini dayandırıb. NBA həmçinin basektbolçunu bir həftə müddətinə cəzalandırıb və 50 min dollar cərimələyib.
Bir həftə sonra o, “Oklahoma” ilə mübadilə edilib və tezliklə sərbəst buraxılıb. Həmin ilin aprelində topuğundan əməliyyat olunub. Bundan sonra ona sağ ayağının aşağı yarısında sinir zədələnməsi diaqnozu qoyulub.
Qərb mətbuatında bu qalmaqala görə NBA komandalarından heç birinin Leonardla müqavilə imzalamaq istəmədiyi haqda məlumatlar yayılıb. Lakin o, 2023-cü ilin fevralında “Milouki” ilə 10 günlük müqavilə imzalayaraq geri dönüb. Daha 10 günlük razılaşmadan sonra tərəflər mövsümün sonuna qədər tam müqavilə imzalayıblar. Lakin mərkəz komandanın heyətində cəmi 9 oyun keçirib.
NBA-da 10 mövsüm ərzində Myers Leonard 456 oyunda iştirak edib, orta hesabla 5,6 xal və 3,9 ribaundluq nəticə göstərib.