"Uşaq kimi başladım, kişi kimi bitirdim" - Benzema

4 Mart 2025 05:11 (UTC+04:00)

Kərim Benzema “Real Madrid”lə bağlı xatirələrini bölüşüb. SİA xəbər verir ki, “Əl-İttihad”ın hücumçusu bu barədə “Los amigos de Edu” proqramında danışıb. “Mən hər şeyi etdim. Uşaq kimi başladım və kişi kimi bitirdim. Mən “Real”dan bütün titullarla və “Qızıl top”la, yüksək notda ayrılmaq istəyirdim. Növbəti mövsüm necə çıxış edəcəyimi heç kim bilə bilməzdi. “Real dünyanın ən yaxşı klubudur və mən Madridlə rəqabət apara biləcək başqa komandaya getmək istəməzdim”, – Benzema deyib.