Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının rəhbəri Donald Trampla mübahisəsini müzakirə etmək istəmədiyini bildirib. SİA xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb. “Mən baş verənləri müzakirə etmək istəmirəm. Mən bunu başa düşürəm. Bunun niyə baş verdiyi barədə danışmaq istəməzdim”, - deyə Ukrayna lideri vurğulayıb.
Siyasətçinin sözlərinə görə, o, münasibətlərin bu formatda davam etdirilməli olduğunu düşünmür. Zelenski bu vəziyyətin keçəcəyinə əmin olduğunu deyib.