Starmer deyir ki, ABŞ Ukraynada davamlı sülh üçün çox vacibdir

3 Mart 2025 20:15 (UTC+04:00)

Böyük Britaniyanın baş naziri Key Starmer deyib ki, Birləşmiş Ştatlar Ukraynada davamlı sülhün bərqərar olması üçün həyati əhəmiyyət kəsb edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Starmer daha sonra əlavə edib ki, ötən həftə ABŞ-ın Ukraynada sülhün təmin edilməsində mühüm rol oynadığını “tamamilə aydın” göstərib.

Starmer bir gün əvvəl Ağ Evdə yaranan mübahisədən sonra Zelenskini ABŞ-a qayıtmağa və Amerika lideri Donald Trampla münasibətləri yaxşılaşdırmağa çağırıb.

Əli Babayev