Avtomobilin izdihamla toqquşması nəticəsində azı 2 nəfər ölüb

3 Mart 2025 17:55 (UTC+04:00)

SİA-nın məlumatına görə, “Bild” polis mənbələrinə istinadən xəbər verir ki, Almaniyanın qərbindəki Mannheim şəhərində avtomobilin izdihamın üzərinə sürməsi nəticəsində azı iki nəfər ölüb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, toqquşma nəticəsində 25 nəfər xəsarət alıb.

Həkimlər qəza qurbanlarından 15-nin xəsarətini ağır qiymətləndirirlər.

Qeyd edək ki, hadisə martın 3-də Paradeplatz ərazisində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq hadisəni törədən şəxsi saxlayıblar.

Almaniyanın “Mannheimer Morgen” nəşri hadisə yerində xilasetmə xidmətlərinin işlədiyini bildirib.

Polis əməkdaşları yerli vətəndaşlara şəhər mərkəzinə getməməyi tövsiyə edib.

Əli Babayev