Bu yaz Bank “BTB”-də yerləşdirilən əmanətlər daha gəlirlidir. Beləki, yeni kampaniyanın şərtlərinə əsasən 6 aydan 36 ayadək yerləşdirilən vəsaitlər hər ay 12% gəlir qazandıracaq. SİA xəbər verir ki, faizlərin ödənilməsi əmanətin müddətindən asılı olaraq aylıq əsasda və ya müddətin sonunda həyata keçəcək. Vəsaiti 6-36 ayadək yerləşdirdikdə aylıq və ya müddətin sonunda 12% təşkil edəcək.
Qeyd edək ki, Bank BTB-də yerləşdirilən əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq sığortalanır. Kampaniyanın müddəti 01 Mart 2025-ci il tarixindən 31 May 2025-ci il tarixinədək davam edəcək.
Müddətli əmanət Müddət Faizlərin ödənilməsi Faiz Valyuta
6-36 ay Ayllıq 12% AZN
Müddətin sonunda 12% AZN
Əmanət üzrə faizlərin ödənilməsi – Aylıq və ya Müddətin sonunda;
Əmanət məhsulunun növü – “Müddətli” əmanət;
Əmanətin açılması üçün minimal məbləğ - 100 AZN
Əmanət kampaniyası üç ay davam edəcək və 31 may 2025-ci il tarixinədək güvədədir.
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Kampaniyadan yararlanmaq istəyən şəxslər vaxt itirmədən Bank BTB-nin filial şəbəkəsinə və ya bankın onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.