Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Ş.Babayev 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında çalışıb, 2012-2021-ci illərdə Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib.
O, 2023-cü ildə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri, 2024-cü ildə isə nazirinin müavini təyin edilib.