SOCAR emissiyalarının bir hissəsini dronlar və peyklər vasitəsilə ölçməyə başlayıb

3 Mart 2025 15:32 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) artıq emissiyalarının bir hissəsini dronlar və peyklərin köməyi ilə ölçməyə başlayıb. SİA xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Teymur Quliyev Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, xüsusilə dənizdəki neft-qaz platformalarında və uzunməsafəli boru kəmərlərində emissiyaların əl alətləri ilə ölçülməsi effektiv deyil və praktiki baxımdan çətinlik yaradır: "Dronlar və peyk avadanlıqlarından istifadə etməklə bu proses xeyli asanlaşdırılıb və xərclər azaldılıb".