Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq. SİA-nın məlumatına görə, Naxçıvan şəhəri Babək məhəlləsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı suyun verilməsində fasilə yaranacaq.
Qeyd edilib ki, bu gün saat 16:00-da başlayacaq təmir-bərpa işlərinin saat 19:00-da yekunlaşacağı planlaşdırılır.
Təmir işləri bitdikdən sonra suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.