Bahar Muradova Xaçmazda vətəndaşları qəbul edib

3 Mart 2025 15:07 (UTC+04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xaçmazda vətəndaşları qəbul edib. SİA xəbər verir ki, qəbul zamanı Xaçmaz və Şabran rayon sakinlərinin müraciətləri dinlənilib.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında alimentin ödənilməsi, sosial yardım, işlə təmin olunma, müalicə, əmlak bölgüsü və digər məsələlər yer alıb.

Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.