Azərbaycan idmançıları Yunanıstanda 8 medal qazanıblar

3 Mart 2025 13:53 (UTC+04:00)

Azərbaycan idmançıları Yunanıstanın paytaxtı Afinada keçirilən uşu üzrə "Akropolis Open" beynəlxalq turnirində 8 medal qazanıblar. SİA xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yığma üzvləri 5 qızıl, 1 gümüş və 2 bürünc müküfat əldə ediblər.