DİQQƏT: Sabah qar yağacaq? - QURUMDAN AÇIQLAMA

3 Mart 2025 13:13 (UTC+04:00)

"Martın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək". Bunu SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, yaxın günlər ərzində ölkə ərazisinin hava şəraitində mühüm dəyişiklik gözlənilmir. "Mülayim Şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 4°-8° isti olacaq. Bölgələrdə də əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimal olunur. Mülayim Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu aran rayonlarında 8°-13° isti, dağlıq ərazilərdə isə 3° şaxtadan 2°- dək isti olacaq".

Qumral Əlizadə