28 fevral 2025-ci il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Dərin venoz trombozun diaqnostika və müalicəsi” mövzusunda seminar keçirilib. SİA xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov mövzu ilə bağlı təqdimatla çıxış edib.
Doktor Səbuhi Dadaşov dərin venoz trombozun diaqnostika və müalicəsi, əmələ gəlmə səbəbləri, risk faktorlarının qiymətləndirilməsi, düzgün profilaktika üsulunun və onun davametmə müddətinin seçilməsi, ağciyər tromboemboliyası kimi həyat üçün təhlükəli fəsadları və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verib.
Seminarın sonunda rezidentlərin sualları cavablandırılıb.