Ədliyyə naziri Şəkidə vətəndaşları qəbul edəcək

3 Mart 2025 11:44 (UTC+04:00)

Ədliyyə naziri Fərid Əhmədov 14 mart 2025-ci il tarixində Şəki şəhərində Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayon sakinlərini qəbul edəcək. Bu barədə SİA-ya nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatında deyilir ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 13 mart tarixinədək Şəki regional ədliyyə idarəsinə (ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi 94, əlaqə telefonu: +994 24-244-43-19) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanları var.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.