“2024-cü il ərzində Ombudsmanın fəaliyyəti kifayət qədər yüksək olub. Ombudsmana olan inamı müraciət olunmuş sayda da açıq görmək olar”. SİA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”nin müzakirəsində deputat Vüqar Rəhimzadə deyib.
Deputat qeyd edib ki, bizim birinci strateji hədəfimiz Qərbi Azərbaycana qaydışdır: “Ombudsmanın başlıca hədəflərindən biri Qərbi Azərbaycana qayıdan vətəndaşların hüquqlarını və səlahiyyətlərinin müdaifəsini təmin etməkdir.
Vüqar Rəhimzadə həmçinin qeyd edib ki, bütün bu problemlərin yaranma səbəblərindən biri də bəzi vətəndaşlarının öz hüquqlarını bilməməsidir: “Bu barədə vətəndaşlar arasında maarifləndirici tədbirlər görülməldir. Bu prosesi həyəta keçirmək gələcək də Ombudsmana olan güvəni daha da artıracaq. Həmçinin Ombudsmanın fəaliyyəti olduqca şəffafdır”.