Həftəsonu qarlı havada 39 nəfər xəsarət alıb

3 Mart 2025 10:48 (UTC+04:00)

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar 28 fevral-2mart tarixlərində 21-i qadın, 18-i kişi olmaqla, 39 nəfərin müraciəti qeydə alınıb. TƏBİB-dən SİA-ya bildirilib ki, onlardan 35 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

4 nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb.