Boksçularımız Bolqarıstandakı beynəlxalq turniri medalla başa vurublar

3 Mart 2025 10:33 (UTC+04:00)

Azərbaycanın millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə beynəlxalq "Strandja" turnirini 2 gümüş və 2 bürünc medalla başa vurub. SİA xəbər verir ki, yığmanın heyətində Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) ikinci yeri tutublar.

Nicat Hüseynovla (51 kq) Nəbi İsgəndərov (67 kq) isə turniri bürünc medalla başa vurublar.

Millimiz bu göstərici ilə komanda hesabında 5-ci yeri tutub.