Hakimlər həbs qətimkan tədbiri seçərkən qərarı əsaslandırmalıdır

3 Mart 2025 10:13 (UTC+04:00)

Hakimlər həbs qətimkan tədbiri seçərkən qərarı əsaslandırmalıdır. SİA xəbər verir ki, bu barədə Azərbaycanda insan hüquqlarının qorunması haqqında Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanının) 2024-cü il üzrə məruzəsində qeyd olunub.

Məruzədə qeyd olunub ki, hakimlər tərəfindən məhkəmələrdə həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünün yoxlanılmalıdır:

“Hakimlərə təqdimat təmin edildikdə isə həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsinin qeyri-mümkün olmasının əsaslandırılması tövsiyə olunur.

Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar cəza siyasətinin humanistləşdirilməsini və cinayətlərin dekriminallaşdırılmasını, qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl olunmasını, alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsini nəzərdə tutulur”.