Azərbaycan Basketbol Liqasında XVI tur başlayır

3 Mart 2025 09:50 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında XVI tura bu gün start veriləcək. SİA-nın məlumatına görə, ilk olaraq A qrupunda iki oyun keçiriləcək.

"Neftçi" "Naxçıvan"la, "Sərhədçi" "Sabah"la üz-üzə gələcək. Hər iki görüş saat 19:00-da start götürəcək.

26 xalı olan Naxçıvan təmsilçisi liderdir. Eyni xala malik "Sabah" ikincidir. "Neftçi" 22 xalla üçüncü, "Sərhədçi" 21 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.