Müğənni Nura Suri 10 ildir ət yemədiyini bildirib. SİA xəbər verir ki, o bu haqda sosial media hesabında yazıb. Fikirlərini bölüşən sənətçi heyvan əti yeməyi doğru hesab etmədiyini deyib: "Mən on ildən bəri heyvan əti yemirəm və bunu doğru hesab etmirəm. Övladlarım yeyir, amma onların seçiminə müdaxilə edib öz fikrimi onlara yükləmirəm. Yeyənlər isə çoxlu bəhanələr gətirərək sübut etməyə çalışırlar ki, onlar haqlıdır, mən isə yox. Bir çox insan doğulduqları gündən nəyi eşidiblərsə, nə öyrədilibsə, elə də yaşayıb və bunu doğru hesab edirlər. Mən isə belə olmamışam. Həmişə oxuyub, araşdırıb analiz edib, sonra fikir formalaşdırmışam. Məni hamı başa düşə və qəbullana bilməz; bunu normal bir hal kimi qəbul edirəm".