Kanada torpaqlarını kim müdafiə edəcək? SİA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kanadanın Baş naziri Castin Trüdonun Ukraynaya qoşun yeritmə ehtimalı ilə bağlı açıqlamasını şərh edərkən deyib. “ABŞ-ın şimala doğru genişlənməsi halında Kanada torpağını kim müdafiə edəcək? Görünür, səfərbərlikdən qaçmaq üçün Kanadaya qaçan ukraynalılar”, – o bildirib.
Qeyd edək ki, Kanadanın Baş naziri Castin Trüdo Ukraynanın təhlükəsizliyini təmin etmək üçün bütün variantları, o cümlədən bu ölkəyə hərbçilərin göndərilməsini nəzərdən keçirir deyib.