Xırdalanda iaşə obyektində baş verən yanğın söndürülüb - YENİLƏNİB

3 Mart 2025 04:47 (UTC+04:00)

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb. SİA xəbər verir ki, bubarədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yanğının mürəkkəbliyinə və ərazidə şəxsi avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınsöndürən texnikaların yanğın yerinə, o cümlədən yanğın su hovuzuna sərbəst yaxınlaşmasında yaranan çətinliyə baxmayaraq, yanğından mühafizə bölmələrinin peşəkarlığı sayəsində yaxınlıqdakı obyektlər, o cümlədən yaşayış binası yanğından mühafizə edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının sakinləri təxliyə edilib.