Suriyada məsciddə açılmış atəş nəticəsində 6 nəfər ölüb - KİV

3 Mart 2025 04:22 (UTC+04:00)

Suriyanın Hama vilayətində yerləşən məsciddə namaz qılan kütləyə qarşı silahlı hücum nəticəsində azı altı nəfər ölüb, 12 nəfər isə yaralanıb. SİA xəbər verir ki, bu barədə "Al Mayadeen” telekanalı məlumat yayıb. Məlumata görə, hadisə Hayalin qəsəbəsində baş verib. Yerli məscidin yanından motosikletlə keçən bir yaraqlı atəş açıb. Polis cinayətkarın axtarışı üçün tədbirlər görüb, yaralılara tibbi yardım göstərilir.