Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın məhdudlaşdırılıb. Bu barədə SİA-ya FHN-dən bildirilib. Yanğının mürəkkəbliyinə və ərazidə şəxsi avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınsöndürən texnikaların yanğın yerinə, o cümlədən yanğın su hovuzuna sərbəst yaxınlaşmasında yaranan çətinliyə baxmayaraq, yanğından mühafizə bölmələrinin peşəkarlığı sayəsində yaxınlıqdakı obyektlər, o cümlədən yaşayış binası yanğından mühafizə edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının sakinləri təxliyə edilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.