Qvardiola şad xəbəri çatdırdı

3 Mart 2025 02:21 (UTC+04:00)

Rodrin tezliklə meydana qayıdacaq. SİA xəbər verir ki, bu brədə “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola məlumat verib. “Matçlar bir-birinin ardınca gələndə bu səviyyədə oynamaq çox çətindir. Oyunçuların hər üçüncü gündə bir oyunu var. Təbii ki, komandaya əvvəlki formaya qayıtmaq üçün bizə təzə ayaqlar lazımdır. Deyə bilərəm ki, Oskar Bobb və Rodri artıq qayıtmağa çox yaxındırlar. “Plimut”la oyunda ilk dəfə demək olar ki, tam heyətlə çıxış etdik. Əminəm ki, mövsüm boyu bu heyətlə oynasaydıq, hər şey başqa cür olardı”, – Qvardiola qeyd edib.

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri 2023-cü ildə Səudiyyə Ərəbistanında keçirilən klublararası dünya çempionatının finalında dizindən zədə almışdı.