ABŞ prezidenti Donald Tramp Yer kürəsində Rusiya prezidenti Vladimir Putini danışıqlar masasına oturtmağa qadir olan yeganə şəxsdir.
SİA-nın məlumatına görə, RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio ABC News telekanalına müsahibəsində deyib.
Rubio qeyd edib ki, bunu düşmənçilik hərəkətləri ilə etmək olmaz.
...Hazırda prezident Tramp Yer kürəsində onu danışıqlar masası arxasına gətirmək şansı olan yeganə şəxsdir... siz ona adlar çəkərək və düşmənçilik etməklə onu danışıqlar masasına gətirə bilməzsiniz.
Bunu deyən Rubio izah edib ki, Amerika liderinin qeyri-aqressiv davranış mövqeyi "illərlə sövdələşmələrə" əsaslanan öz instinktlərinə əsaslanır.
Bundan əvvəl köşə yazarı Deborah Haynes ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında Oval kabinetdə baş verən münaqişəni şərh edib.
O, Rusiyanı Ağ Evdəki münaqişədə qalib gələn tərəf hesab edir.
Əli Babayev