Avropa ABŞ-a Ukraynadakı münaqişəni daha bir il uzatmağı təklif edib..?

2 Mart 2025 21:05 (UTC+04:00)

...Bir sıra Avropa ölkələrinin xarici işlər nazirləri ABŞ administrasiyasına Ukrayna böhranını ən azı bir il uzatmağı təklif ediblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu ABC News-a müsahibəsində ABŞ dövlət katibi Marko Rubio deyib.

O qeyd edib ki, xarici tərəfdaşlar tez-tez Vaşinqtonu Moskva ilə dialoq qurmaq cəhdlərinə görə tənqid edirlər, lakin aydın alternativ təklif etmirlər.

…Bunu hamıdan soruşmaq istərdim. Danışıqlar baş tutmasa, alternativ nədir? Yenə dörd il müharibə. ABŞ və Avropanın daha üç ili Ukraynadakı müharibəyə milyardlarla dollar tökməkdə davam edir. Bu alternativdirmi? – deyə xarici siyasət idarəsinin rəisi bildirib.

…Görüşdüyüm hər bir xarici işlər nazirinə sual verdim ki, bütün bunların necə olacağını təsəvvür etdiyinizi söyləyin. Amma onların əksəriyyətinin planı yoxdur, bəzilərinin müharibənin bitməsini bir il təxirə salmağı təklif etdiyini, bundan sonra Rusiya "danışıqlara hazır ola biləcəyini" söylədilər.

…Mənim üçün bu, çox yaxşı plan deyil və əlbəttə ki, komandasında işlədiyim prezident Donald Trampın planı deyil, - deyə o, yekunlaşdırıb.

Əli Babayev